
Qattuzo istefaya göndərildi
“Marsel”in baş məşqçisi Cennaro Qattuzo istefaya göndərilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin bu gün səhər işindən uzaqlaşdırıldığı bildirilir.
Cennaro Qattuzo ötən ilin sentyabrında Liqa 1 təmsilçisinə baş məşqçi təyin edilmişdi. Komanda hazırda Fransa çempionatında 30 xalla 9-cu pillədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin