
“Qattuzo hər şeyi üzünə deyir”
“Yuventus”un və İtaliya millisinin yarımmüdafiəçisi Manuel Lokatelli yığmanın baş məşqçisi Cennaro Qattuzo haqda danışıb.
Komanda.az “RAI Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Mən məşqçimizi yaxşı tanıyıram və onun ən böyük gücü odur ki, o, hər şeyi üzünə deyir. Bu, məşqçidə çox vacib keyfiyyətdir və bu, biz oyunçulara böyük fayda verir. Bu gün o, paltardəyişmə otağında daha bir gözəl çıxış etdi, lakin biz bunu özümüzə saxlayacağıq”.
Qattuzo iyun ayında Luçano Spallettini əvəz edərək İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyin edilib. Komanda çərşənbə axşamı öz meydanında İsrail yığmasını 3:0 hesabı ilə məğlub edərək, Qattuzonun rəhbərliyi altında növbəti qələbəni təmin edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



