“Roma”nın baş məşqçisi “üsyan” etdi: “Artıq bezmişik”

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının 10-cu turunda “Milan”a qarşı keçirilən oyundan sonra hakimlərin qərarlarını kəskin tənqid edib.

“Qırmızı-qaralar” penalti sayəsində minimal hesabla qalib gəliblər. Matçın yeganə qolunu 11 metrlik zərbədən Straxinya Pavloviç vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Qasperini oyunsonrası açıqlamasında hakimlərin penalti qərarlarından narazılığını gizlətməyib:

“Artıq bezmişik. Hər dəfə top cərimə meydanına düşəndə və kimsə təsadüfən rəqibin üzünə toxunanda, hakim dərhal cərimə qərarı verir. Bu epizodların futbolla heç bir əlaqəsi yoxdur, amma biz bundan yorulmuşuq”.

“Roma” 10 oyundan sonra 21 xalla A Seriyasının turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button