
Agenti Dovbiklə bağlı xəbərləri “yalan” adlandırdı
“Roma”nın hücumçusu Artem Dovbikin agenti Aleksey Lyudovski futbolçunun başqa kluba mümkün transferi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Tam cəfəngiyatdır! Dovbik son mövsümdə “Roma”nın bombardiri olub, 17 qol vurub. Yeni baş məşqçi Can Pyero Qasperini həqiqətən də yeni mövsümdə ona güvənir”.
Dovbik 2024-cü ilin yayından “Roma”da çıxış edir. 27 yaşlı hücumçunun İtaliya klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin