Qasperini hakimlərdən şikayətləndi
“İnter” “Atalanta”nı məğlub edərək, İtaliya superkubokunun ilk finalçısı olub.
Komanda.az “fcinter1908.it”-ə istinadən xəbər verir ki, rəqibin qollarından birini bəyənməyən “Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini matçda baş verənləri şərh edib:
“Əlbəttə, “İnter” güclü komandadır, bəlkə də, hazırda ən güclü onlardır. Texniki cəhətdən hələ də bizdən üstündürlər, baxmayaraq ki, oyunumuzdan razıyam. Yenə də VAR sistemi pis təəssürat yaratdı, Şarl De Ketelarenin ofsaydını aradan qaldırmaq üçün 7 dəqiqə lazım oldu. Stefan De Vrij qapıçıya qarşı kobudluq edəndə icazə verilən bir qol absurd idi və bu, Denzel Dumfrisin Salvinini itələdiyi kimi açıq-aşkar idi”.
Simone İnzaqinin yetirmələri “Atalanta”ya 2:0 hesabı ilə qalib gəlib.
Bizi Facebook-da izləyin