“Turnir cədvəli çox ədalətli görünür” – “Atalanta”nın baş məşqçisi
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasında “Yuventus”la heç-heçə etdikləri matçdan (2:2) sonra turnir cədvəlindəki durumu dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi turnir cədvəlinin ədalətli göründüyünü bildirib:
“Şübhə etmirəm ki, “İnter” çempionatda hamıdan üstündür. Turnir cədvəli çox ədalətli görünür. “Milan” və “Yuventus” mükəmməl komandalardır, güc baxımından bərabərdirlər”.
“İnter” A Seriyasında 28 turdan sonra 75 xal toplayaraq turnir cədvəlində 1-ci, “Milan” (59) 2-ci, “Yuventus” (58) isə 3-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin