Qasperini ukraynalı hücumçunun “Roma”da qalacağına eyham vurdu

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini hücumçu Artyom Dovbikin komandada qalacağına eyham vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, “RomaNews”-a verdiyi son müsahibədə forvardı onun üçün ödənilən pula dəyən güclü oyunçu adlandırıb. O, ukraynalı futbolçunun təkmilləşdirməli olduğu bəzi keyfiyyətlərin olduğunu və onun bunun üzərində işlədiyini bildirib.

Daha əvvəl “Roma”nın Dovbikin yeni baş məşqçinin taktiki sxeminə uyğun gəlmədiyi üçün onu 40 milyon avroya satmağa hazır olduğu deyilirdi.

28 yaşlı hücumçunun paytaxt klubu ilə hazırkı müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button