
“Heç vaxt mövsümün bu mərhələsində birincilik uğrunda mübarizə aparmamışıq”
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini skudetto uğrunda mübarizə ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis əvvəllər heç vaxt mövsümün bu mərhələsində birincilik uğrunda mübarizə aparmadıqlarını biıdirib:
“Skudetto haqqında danışırsız? Əlbəttə, gözəldir. İnsanlar yuxu görsünlər. Biz onlara qarışmamalıyıq. “Mümkün deyil” deyə bilərsiz, amma inansaz, hər şey mümkün ola bilər. Bilirik ki, “İnter” və “Napoli” çox güclüdür və “İnter”ə qarşı son 7 matçımızda uduzmuşuq. Amma biz əvvəllər heç vaxt mövsümün bu mərhələsində birincilik uğrunda mübarizə aparmamışıq”.
“Atalanta” dünən Turində “Yuventus”u məğlub edib (4:0). Komanda sona 10 tur qalmış lider “İnter”dən 3, “Napoli”dən 2 xal geri qalır.
Bizi Facebook-da izləyin



