“Əla məşqçini və böyük komandanı sıradan çıxardıq” – Qasperini
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Liverpul”a məğlubiyyəti (0:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı əla məşqçini və böyük komandanı sıradan çıxardıqlarını bildirib:
“Biz əla məşqçini və böyük komandanı sıradan çıxardıq. Bu iki matça hər şeyi qoyduq – ilk növbədə ürəyimizi. Biz çox xoşbəxtik. Bu gün həmin erkən qoldan sonra fantastik oyun nümayiş etdirdik və tribunalar bizə çox kömək etdi. Biz qol vurmalı idik. “Liverpul”da olduğu kimi qol vurmaq üçün imkanlarımız var idi. Bir az çılğın matç idi.
Ola bilsin ki, karyeramda heç bir kubokum olmayıb, amma bir neçə medalım var və hesab edirəm ki, bu, medala layiqdir. Şübhə yoxdur ki, biz nəsə qazanmaq istəyirik, amma kubok həm də bu uşaqların birliyi ilə bağlıdır. Fasilə zamanı onlardan bir az geri çəkilmək və təzyiq altında olduqları təqdirdə, daha dərindən müdafiə olunmaq istəyib-istəmədiklərini soruşdum və dedilər ki, heç istəmirlər. Mənim üçün bu, artıq bir kubokdur, çünki onlar da mənim kimi düşünürlər”.
İki oyunun nəticəsinə (3:1) görə, “Atalanta” yarımfinala yüksəlib.
Bizi Facebook-da izləyin