
Qasperini “Atalanta”nın əsas hədəfini açıqladı
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini komandasının bu mövsüm üçün əsas hədəfini açıqlayıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı məqsədlərinin İtaliya kubokunu qazanmaq olduğunu bildirib:
“Mövsümün məqsədi İtaliya kubokunu qazanmaqdır. Bu turnirin düsturu bizə kubok uğrunda həlledici matça tez çatmağa imkan verir”.
“Atalanta”nın İtaliya çempionatının 16 turundan sonra 37 xalı var. Qasperininin komandası A Seriyasının turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan “Napoli”ni 2 xal qabaqlayır.
“Atalanta” ölkə çempionatının növbəti oyununda “Empoli”ni qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin