
Qasperini: “Sabah prezidentlə danışacağıq”
“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini Avropa Liqasının finalında “Bayer” üzərində qələbədən (3:0) sonra klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu gecə biz bayram edirik, sabah (bu gün) isə prezidentlə danışacağıq. Məsələ çox qısa müddətdə həll olunacaq”.
“Atalanta” tarixində ilk dəfə Avropa Liqasının qalibi olub. Komandaya 2016-cı ildən Can Pyero Qasperini rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin