
Qarsiyanın “Barselona”ya keçəcəyi vaxt bilindi
“Espanyol”un qapıçısı Xuan Qarsiya “Barselona”ya keçir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, transfer gələn həftə rəsmi olaraq elan olunacaq. “Barselona” artıq 24 yaşlı qapıçı ilə 5 illik müqavilə şərtlərini razılaşdırıb.
Kataloniya klubu gələn həftə ispaniyalı futbolçunu 25 milyon avro qarşılığında transfer etmək üçün müqavilədəki sərbəst qalma bəndini aktivləşdirəcək.
“Barselona” 2024/25 mövsümündə İspaniya La Liqasının, kubokunun və superkubokun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin