
Qarsiyanın “Barselona”ya keçidi gecikir
“Barselona”nın “Espanyol”un qapıçısı Xuan Qarsiyanı transfer etməsi ilə bağlı rəsmi açıqlama bir qədər gecikə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.
Əldə edilən məlumata görə, kataloniyalılar artıq 24 yaşlı qolkiperin 25 milyon avroluq transfer şərtini aktivləşdirib. Ancaq Qarsiya əvvəlcə “Espanyol” azarkeşləri ilə vidalaşmaq istədiyi üçün keçidin rəsmi açıqlanması sabaha qədər təxirə salına bilər.
İspaniyalı futbolçu 2024/25 mövsümündə La Liqada 38 oyuna çıxıb, 51 qol buraxıb və 8 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin