“Real”dan 21 yaşlı hücumçuya “yaşıl işıq”

“Real”ın hücumçusu Qonsalo Qarsiya Madrid klubunun əsas komandasına yüksəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Madrid klubunun qarşıdakı mövsüm üçün iştirak ərizəsində yer alacaq və tezliklə onunla yeni müqavilə imzalanacaq.

Daha əvvəl “Xetafe”nin Klublararası dünya çempionatından əvvəl Qarsiya ilə maraqlandığı bildirilmişdi.

21 yaşlı forvardın “Real”la hazırkı müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button