“Barselona”ya keçidi gözlənilən futbolçu klubundan ayrıldı

“Espanyol”un qapıçısı Xuan Qarsiya klubla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi rəsmi açıqlamasında ispaniyalı futbolçunun müqavilə şərtlərini özü ödəyərək, azad agentə çevrildiyini bildirib.

Qarsiya azad qalmaq üçün 25 milyon avroluq transfer məbləğini özü qarşılayıb. Daha əvvəl yayılan məlumatlara görə, onun növbəti ünvanı “Barselona” olacaq.

24 yaşlı futbolçu son La Liqa mövsümündə “Espanyol”un əsas qapıçısı olub, 38 oyunda iştirak edib və 51 top buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button