“Qarşıya çıxan bütün məsələləri həll edəcəyik” – FİFA prezidenti
FİFA prezidenti Canni İnfantino iyulun 20-də başlayacaq qadınlararası dünya çempionatı-2023 haqqında danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, İnfantino həmçinin, bütün qlobal məsələləri həll edəcəklərini də bildirib:
“Avqustun 20-nə qədər (qadınlar arasında 2023-cü il dünya kubokunun finalının tarixi) siz məndən hər şey və hər kəs haqqında yalnız müsbət rəy eşidəcəksiz və kimsə hələ də nədənsə narazıdırsa, o zaman mən çox məyus olaram.
Avqustun 21-i gələndə diqqətimizi digər qlobal məsələlərə yönəldəcəyik. Qarşıya çıxan bütün məsələləri həll edəcəyik. Ciddi şəkildə, biz vacib addımlar atırıq”.
Qadın futbolçular arasında dünya çempionatı Avstraliya və Yeni Zelandiyada keçiriləcək. İyulun 20-də açılış matçında Yeni Zelandiya və Norveç yığmaları qarşılaşacaq. Görüş Oklenddəki “Eden Park” stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin