“Mənə heç kim deməyib ki, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmalıyıq”

“Çelsi”nin baş məşqçisi Enzo Mareska qarşısına komandanı UEFA Çempionlar Liqasının növbəti mövsümünə çıxarmaq vəzifəsi qoyulmadığını bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı klubdan heç kimin ona Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmalı olduqlarını demədiyini söyləyib:

“Klubda mənə heç kim deməyib ki, Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparmalıyıq. Məndən komandanı və oyunçuların performansını yaxşılaşdırmağı xahiş etdilər”.

Mareska bu yay “Çelsi”nin “sükanı arxasına” keçib. Onun əvvəlki iş yeri “Lester” olub.

London klubu Premyer Liqanın ilk turunda evdə “Mançester Siti”yə uduzub (0:2). Mareskanın yetirmələri daha sonra səfərdə “Vulverhempton”u 6:2 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button