“Qarşılaşmalara sentyabrdan start vermək fikrimiz var, amma…”

Koronavirus pandemiyası səbəbiylə təxirə salınan milli komandaların oyunları ilə bağlı açıqlama verilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, FİFA-nın vitse-prezidenti Viktor Montalyan, yığmaların oyunları ilə bağlı bunları deyib:

“Bu məsələ ilə bağlı əsas problem komandaların səyahət etmələridir. Bizim üçün vacib məsələlərdən biri də milli komandaların oyunlarıdır. Qarşılaşmalara sentyabrdan start vermək fikrimiz var, amma bu ehtimalın nə qədər yüksək olduğunu bilmirəm.

İlk oyunlarda azarkeşlərin iştirakına icazə veriləcəyinə şübhə edirəm. Bu, hamımız üçün böyük risk olar. Gələn ilin mart ayından sonrakı oyunlar üçün isə problemin olmayacağına inanıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button