
Keçidi elan oluna bilər – Qarşıdakı saatlarda
“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiçin qarşıdakı saatlarda “Mançester Siti”yə keçidi rəsmiləşəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu ilə “şəhərlilər” arasında razılıq əldə edilib.
Sadəcə, İngiltərə klubları Kovaçiçin transfer məbləği ilə bağlı ortaq məxrəcə gəlməlidirlər.
Mateo Kovaçiç 2022/23 mövsümündə “zadəganlar”ın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin