“Qarşıdakı səkkiz ildə Super Liqanı görməyəcəksiz” – La Liqanın prezidenti
La Liqanın prezidenti Xavyer Tebas Avropa Super Liqası ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, liqa prezidenti klubların böyük əksəriyyətinin buna qarşı olduğunu bildirib:
“Artıq cavab vermişik. Hər birimiz öz səlahiyyətimiz çərçivəsində hərəkət etməli olacağıq. Bizim reaksiyamız odur ki, klubların böyük əksəriyyəti buna qarşıdır. Gəlin hüquqi prosesi davam etdirək və çalışaq ki, audiovizual hüquqlarımız bu bəyanatlara və hazırda baş verənlərə görə böhrandan əziyyət çəkməsin. Zaman göstərəcək ki, biz haqlı idik. Qarşıdakı 8 ildə Super Liqanı görməyəcəksiz. Super Liqanın pulsuz olacağını deyirlər. Sizcə, bu mümkündürmü?”
Dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın Super Liqanın yaradılmasına mane olmaq üzrə hərəkətlərini qanunsuz elan edib. Daha sonra Avropa turnirinin formatı məlum olub. “The Telegraph” xəbər verir ki, İngiltərə klubları Super Liqaya qatılacaqları təqdirdə ölkə çempionatından kənarlaşdırıla bilərlər.
Bizi Facebook-da izləyin