“Qarşıdakı oyunlarda yaxşı “Araz-Naxçıvan” görəcəyik” – Elmar Baxşıyev

“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda “Qarabağ”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, 1:4 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:

“Düşündüyümüz elementlər var idi, toplanışda komanda bizə onu göstərirdi. Bu gün “Qarabağ” bunları göstərməyə imkan vermədi. İlk oyundur. Biz də bilirik ki, çox sayda yeni oyunçumuz var. İnanıram ki, turlar keçdikcə daha məzmunlu oyun və daha oturuşmuş komanda görəcəyik.

“Qarabağ”ın təzyiqindən çıxa bilmədik. Bura özüm gəlməmişəm, Zaur Axundovun təşəbbüsü ilə buradayam. Futbol həyatıdır. İşimizə davam edirik. Üzərimizə düşəni edirik. Gələcəkdə nə olacaq, zaman göstərəcək.

Bu cür səhvlərdən heç kəs sığortalanmayıb. Tərlan Əhmədli inamlı qapıçıdır. Qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Bu gün məğlubiyyətimizin səbəbi Tərlan deyildi. Komanda olaraq oyunumuz alınmadı. Əlbəttə ki, qol da təsir etdi. “Qarabağ”a qarşı oyunu dəyişmək çətindir. Komanda pozitivdir, sağlamdır. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı “Araz-Naxçıvan” görəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button