
Kapello: “Qarşıdakı oyun “Milan” üçün çox çətin olacaq”
“Milan” kubok matçında “Sassuolo”nu darmadağın (6:1) edib. Komanda növbəti qarşılaşmada İtaliya çempionatında “Atalanta” ilə üz-üzə gələcək.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Milan”ın sabiq baş məşqçisi Fabio Kapello Paulo Fonsekanın yetirmələrinin növqəti qarşılaşmadakı rəqibini – “Atalanta”nı yüksək qiymətləndirib:
“Atalanta” bu il çempionluq titulu uğrunda mübarizə aparacaq. Can Pyero Qasperininin komandası “Napoli” və “İnter”lə birinci yer üçün yarışacaq. Qarşıdakı oyun “Milan” üçün çox çətin olacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin