“Emeri qarşıdakı 20 ildə PSJ-nin əsas oyunçularından biri olacaq”

PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emerinin maraqlarını təmsil edən agent Jorje Mendeş müştərisinin Paris komandasındakı perspektivlərindən danışıb.

Komanda.az “Canal+”-ə istinadən xəbər verir ki, portuqaliyalı agent, müştərisinin hələ uzun müddət PSJ-də qalacağını bildirib:

“Zair-Emeri uzun müddət PSJ-də qalacaq. Qarşıdakı 20 ildə o, komandanın əsas oyunçularından biri olacaq”.

Zair-Emeri bu yaxınlarda PSJ ilə müqaviləsini 2029-cu ilə qədər uzadıb və bu sözləşmə əsasında onun maaşında ciddi artım müşahidə olunub.

18 yaşlı yarımmüdafiəçi artıq iki mövsümdür ki, Paris komandasında çıxış edir. O, yeni mövsümdə keçirdiyi 3 oyunda 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button