“Son qərar Messinindir” – “Barselona”nın prezidenti

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Maria Bartomeu komandanın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı futbolçunun gələcəyi ilə bağlı danışan klub rəhbəri, bunları deyib:

“Əlbəttə ki, hər iki tərəf Messinin öz gücünü hiss edəcəyi və iddialı olacağı təqdirdə, müqavilənin müddətinin uzadılmasını istəyir. Son qərar Messinindir. O, karyerasını istədiyi vaxt bitirmək haqqına sahibdir. Amma əvvəllər də dediyi kimi, Lionel karyerasını “Barselona”da bitirmək istəyir. Qarşıdakı 2-3 mövsümdə də liderimiz Messi olacaq. O, hələ də gənc və iddialıdır.

Messi daha beş il “Barselona”da oynayacaq. Buna şübhə etmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button