
“Real”, səni sevirəm!”
Braziliyalı hücumçu Rodriqo “Real”la müqaviləsinin 2028-ci ilə qədər uzadılması ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, braziliyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Allaha, ailəmə, dostlarıma, azarkeşlərə və klubla əlaqəli hər kəsə təşəkkür edirəm. Qarşıda bizi çoxlu hekayələr gözləyir. “Real”, səni sevirəm!”
Rodriqo 2019-cu ildən “Real”da çıxış edir. O, həmin vaxtdan bəri 179 oyun keçirib, 39 qol, 33 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin