Argentinalı futbolçu azı 5 dəfə izlədiyi serialın çəkiliş yerinə gedib
Argentina millisinin hücumçusu Alexandro Qarnaço Amerika kubokunu qazandıqdan sonra məzuniyyətini uzatmaq qərarına gəlib və ABŞ-da qalıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu sevimli serialı “Prison Break”ın (“Həbsxanadan qaçış”) çəkiliş yerini ziyarət etməyi arzulayıb və bunun üçün dostları ilə Mayamiyə gedib.
Qarnaço seriala ən azı beş dəfə baxıb. Serialın çəkilişləri 2005-17-ci illərdə aparılıb.
Argentina millisi Amerika kubokunun final matçında Kolumbiya yığmasına 1:0 hesabı ilə qalib gəlib. Turnir ABŞ-da keçirilib.
20 yaşlı futbolçu ötən mövsüm “Mançester Yunayted”lə İngiltərə Federasiya kubokunun finalında “Mançester Siti” ilə qarşılaşmada qalib olub. (2:1). Qollardan birini Qarnaço vurub.
Bizi Facebook-da izləyin