
Qarnaço karyerası ilə bağlı qərar verib
“Mançester Yunayted”in vingeri Alexandro Qarnaço yaxın gələcəklə bağlı qərarını verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu yay transfer pəncərəsində İngiltərəni tərk etməyi planlaşdırmır. Ona digər liqalardan maraq olsa da, o, İngiltərə Premyer Liqasında qalmaq niyyətindədir.
20 yaşlı oyunçunun transfer dəyəri hazırda 45 milyon avro civarındadır. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qarnaço son mövsümdə “Mançester Yunayted”in heyətində 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin