Qarnaço Premyer Liqanın başqa klubuna keçmək istəyir

“Mançester Yunayted”in cinah oyunçusu Alexandro Qarnaçonun harada oynamaq istədiyi məlum olub. “Qırmızı şeytanlar” baş məşqçi Ruben Amorimin planlarının bir hissəsi olmadığı üçün argentinalı futbolçunu bu yay satmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu karyerasını Premyer Liqanın başqa klubunda davam etdirmək istəyir. Yanvar ayından futbolçuya iddialı hesab edilən “Çelsi” vəziyyəti nəzarətdə saxlamaqda davam edir. Qarnaço “zadəganlar”ın qısa siyahısındadır, lakin hazırda danışıqlar aparılmır. “Çelsi”nin prioritet hədəfi “Leyptsiq”dən Xavi Simonsdur.

Qarnaçonun “transfermarkt”da təxmini dəyəri 45 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button