
Premyer Liqa klubu Qarnaço üçün hərəkətə keçib
“Mançester Yunayted”in hücumameyilli yarımmüdafiəçisi Alexandro Qarnaço İngiltərənin başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Çelsi” argentinalı futbolçu ilə maraqlanır. Tərəflər mümkün sövdələşmə ilə bağlı ilkin danışıqlar aparıblar.
Qarnaçonun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq. 21 yaşlı vinger son mövsümdə 58 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin