“Napoli”yə keçidi alınmadı, komanda yoldaşları sevindi
“Mançester Yunayted”in futbolçuları komandanın hücumçusu Alexandro Qarnaçonun qış transfer pəncərəsində komandanı tərk etməməsinə sevinib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun yanvar ayında “Napoli”yə mümkün keçidi ilə bağlı söz-söhbətlər yayılıb, lakin tərəflər danışıqlar aparsalar da, razılaşma baş tutmayıb. 20 yaşlı hücumçu ən azı 2024/2025 mövsümünün sonuna kimi “qırmızı şeytanlar”ın heyətində çıxış edəcək.
Qarnaço bu mövsüm 36 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin