
“Mançester Yunayted” haqqında pis heç nə deyə bilmərəm”
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Çelsi”nin yeni transferi Alexandro Qarnaço keçmiş klubu “Mançester Yunayted”lə bağlı sualı cavablandırıb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, argentinalı futbolçu bunu deyib:
“Mançester Yunayted” haqqında pis heç nə deyə bilmərəm. Həyatda pis anlar olur. “Çelsi”də olmaqdan və Çempionlar Liqasında oynamaqdan çox xoşbəxtəm”.
Qarnaço bu ilin avqust ayında 46,2 milyon ayroya “Mançester Yunayted”dən “Çelsi”yə keçib. O, bu mövsüm London klubunun heyətində 4 oyunda iştirak edib.
“Çelsi” Çempionlar Liqasının ikinci turunda “Benfika”ya 1:0 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



