
Argentinalı futbolçu azarkeşlərdən üzr istədi
“Mançester Yunayted”in hücumçusu Alexandro Qarnaço komandanın azarkeşlərindən İngiltərə kubokunu tərk etdiklərinə görə üzr istəyib.
Komanda.az xəbər verir ki, argentinalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunu yazıb:
“Bağışlayın, “Mançester Yunayted” azarkeşləri”.
Ruben Amorimin komandası ölkə kubokunun 1/8 final mərhələsində doğma meydanda “Fulhem”lə qarşılaşıb. Oyun 1:1 hesablı bərabərliklə başa çatıb. “Fulhem” penaltilər seriyasında daha dəqiq olub – 4:3.
Qarnaço bu mövsüm 41 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



