Sabiq baş məşqçisi “Vulverhempton”un təklifini rədd edib

İngiltərəli mütəxəssis Qari O’Nil “Vulverhempton”a qayıtmaqdan imtina edib.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar aparılsa da, O’Nil düşünmək üçün vaxt istədikdən sonra təklifi rədd edib. O, “Vulverhempton”u 2024-cü ilin dekabrında, 16 aylıq fəaliyyətindən sonra tərk etmişdi və o vaxtdan bəri işsizdir.

Klub bu yaxınlarda 10-cu turda “Fulhem”ə 0:3 hesabı ilə uduzduqdan sonra baş məşqçi Vitor Pereyranı istefaya göndərib. Komanda cari mövsümdə hələ bir qələbə də qazanmayıb, cəmi 2 xal toplayaraq Premyer Liqanın sonuncu pilləsində qərarlaşıb.

“Vulverhempton”un rəhbərliyi O’Nilin alternativi kimi “Mançester Yunayted”in sabiq baş məşqçisi Erik ten Haqla da maraqlanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button