
Sautqeyt İngiltərə millisindən ayrılır? – Açıqlama
İngiltərə millisinin baş məşqçisi postundan ayrılacağı iddia edilən Qaret Sautqeyt açıqlama verib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan 48 yaşlı mütəxəssis, yığmadakı işindən ayrılmayacağını deyib:
“İngiltərə milli komandasından ayrılmaq kimi bir fikrim yoxdur. Başqa işə də ehtiyacımın olduğunu düşünmürəm. Ağlımda olan tək şey İngiltərə millisi ilə AÇ-2020-də iştirak etməkdir. Millinin bir az daha inkişaf etməyə ehtiyacı var”.
2016-cı ildən İngiltərə millisini çalışdıran Sautqeytin 2023-cü ilə qədər müqaviləsi var. İngilis mütəxəssisin adı “Çelsi” ilə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin