
Qaret Beylin yeni klubu bəlli oldu
Uels millisinin kapitanı Qaret Beylin yeni komandası bəlli olub.
Komanda.az xəbər verir ki, 33 yaşlı hücumçu ABŞ-ın “Los Anceles” klubu ilə anlaşıb.
MLS təmsilçisinin tezliklə bu transferi rəsmən açıqlaması gözlənilir. Təcrübəli futbolçunun bu klubla 1 illik müqavilə imzalayacağı bildirilir.
Xatırladaq ki, Beylin son klubu Madrid “Real”ı olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin