
Qaret Beylin ABŞ klubuna keçidi rəsmiləşdi
Uels yığmasının kapitanı Qaret Beylin ABŞ-ın “Los Anceles” klubuna keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə MLS klubunun rəsmi saytı məlumat yayıb.
Madrid “Real”ından azad agent kimi ayrılan 32 yaşlı futbolçu yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.
Qaret Beyl 2013-cü ildən Madrid klubunda çıxış edirdi. O, karyerası ərzində “Sauthempton” və “Tottenhem”in də uğurları üçün çalışıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin