Qaret Beyl Bakıdakı mətbuat konfransında yalan danışdı
Uels milli komandasının futbolçusu Qaret Beyl AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir verir ki, yığmanın kapitanı jurnalistlərin suallarını cavablandırıb:
– Qarşıda iki böyük oyun var…
– Bəli. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.
– Sizin üçün Remzinin heyətə qayıtması gözəl hissdir yəqin.
– Bəli, onunla bir meydanda olmaq bizim üçün gözəl hissdir.
– Sonuncu “Lokomotiv” – “Yuventus” oyunu ilə bağlı Remzi ilə danışmısız?
– Xeyr. O, “Yuventus” kimi böyük komandada oynayır. Belə davam etsə, daha da möhkəmlənəcək.
– Özünüzü necə hiss edirsiz?
– Yaxşıyam və bundan sonra daha da formamı yığacam.
– Neçə ildir ki, xarici klublardasız, milli komandada oynamaq necə hissdir?
– Milli komanda ilə oynamaq şərəfdir. İstəyirəm ki, hər zaman özümü yaxşı tərəfdən göstərim.
– Azərbaycan millisinə qarşı oyun haqda fikirləriniz necədir?
– Azərbaycan millisinin son oyunlarına baxanda inkişaf görmək olar. 10 il əvvəlki komanda ilə indiki arasında fərq hiss olunur (yəqin Beylin Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində cəmi 1 xal qazanmasından xəbəri yoxdur – red.).
Şahin Cəfərov
Bizi Facebook-da izləyin