
Qardaşı da Bellingemin yolu ilə gedir
“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Dortmund “Borussiya”sında davam etdirəcək.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, klublar 19 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəliblər və “Sanderlend” bu keçidə görə 30 milyon avro alacaq.
Bellingemə Frankfurt “Ayntraxt”ı və “Leyptsiq” də maraq göstərsə də, o, qardaşı Çud Bellingemin “Real”a keçidindən əvvəl oynadığı klubu seçib.
İngiltərəli futbolçu başa çatan Çempionşip mövsümündə 43 oyunda iştirak edib, 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Sanderlend” onun köməyi ilə pley-off mərhələsində qalib gələrək, Premyer Liqaya vəsiqə qazanıb.
“Borussiya” isə Bundesliqada mövsümü 57 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub və lider “Bayern”dən 25 xal geri qalıb.
Bizi Facebook-da izləyin



