
“Qardaş, xoş gəlmisən “Qalatasaray”a”
“Qalatasaray”ın vingeri Leroy Sane həmyerlisi İlkay Gündoğanın İstanbul klubuna transferinə münasibət bildirib.
Sane sosial şəbəkədə paylaşdığı mesajda belə yazıb:
“Qardaş, xoş gəlmisən “Qalatasaray”a. Yenidən birlikdəyik!”
Sane və Gündoğan daha əvvəl “Mançester Siti”də bir yerdə çıxış ediblər. 34 yaşlı yarımmüdafiəçi “Qalatasaray”a sərbəst agent kimi keçib və iki illik müqavilə imzalayıb. Onun bazar dəyəri təxminən 5 milyon avro qiymətləndirilir.
Almaniyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında 33 oyunda iştirak edib, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



