“Qardaş, pis deyil” – FOTO

“Real”ın və “Arsenal”ın sabiq yarımmüdafiəçisi Məsut Özil fiziki hazırlığını nümayiş etdirib.

Komanda.az xəbər verir ki, almaniyalı futbolçu sosial şəbəkədə şəklini paylaşaraq bunu yazıb:

“Bir il çox ağır iş”.

Özil fotoda qarın, qol əzələlərini nümayiş etdirib. Bu paylaşım 15 saat ərzində 1,5 milyondan çox bəyənmə toplayıb.

Almaniya millisinin sabiq üzvü futboldan ayrıldıqdan sonra özünü, bədənini təkmilləşdirməyə həsr edib və onun fiziki inkişafı bir neçə dəfə sosial mediada yayılıb.

Hətta Kriştiano Ronaldo da Özilin fiziki dəyişməsinə heyran olub:

“Qardaş, pis deyil”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button