Qarayev qol vurdu, Əliyev 90 dəqiqə oynadı

Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Nefteximik”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Hücumçu 50-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O da start heyətdə yer alıb və fasilədə əvəzlənib. Komandasının ilk qolunu da 35-ci dəqiqədə penaltidən Qarayev vurub.

“SKA-Xabarovsk” 20 turdan sonra 34 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button