
Qarayev Polşa klubuna keçdi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Ricat Qarayev karyerasını Polşada davam etdirəcək.
Komanda.az xəbər verir ki, 23 yaşlı müdafiəçi 4-cü liqa təmsilçisi “Şetsinek”lə anlaşıb.
Ricat Qarayev karyerası ərzində “Neftçi”, “Sumqayıt”, “Şamaxı” və “Sabah”ın formasını da geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin