“Qaranlıq günlər arxada qaldı” – “Qarabağ”ın futbolçusu
“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk “instaqram” hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, ukraynalı futbolçu Ağdam klubundakı debütündən yazıb:
“Bu an üçün necə də darıxmışdım. 11 çətin aydan sonra ilk 60 dəqiqə… Uzun müddətdir gözlədiyim an, debütüm, ilk qələbəm, ən çox sevdiyiniz işi yenidən etmək kimi heyrətamiz hiss baş tutdu.
Amma qarşıda hələ uzun və həyəcanlı bir yol var, gəlin əylənək. Qaranlıq günlər arxada qaldı, parıldamağın və geridə buraxdıqlarımı geri almağın vaxtı çatdı. Tezliklə görüşərik”.
“Qarabağ” Kaşukla 3 illik müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin