“Qarabağ”lılar üçün əlamətdar tur

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Keşlə” ilə oyunu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Komanda.az xəbər verir ki, Mahir Mədətov və Maksim Medvedev yubiley matçına çıxıblar. Sonuncu, rekordçusu olduğu Ağdam klubunun heyətində ümumilikdə 400-cü oyununu keçirib. Maksim bu görüşlərdə 12 qol vurub. 30 yaşlı arxa xətt oyunçusu çempionatda 282 (10 qol), kubokda 37 (1 qol), avrokuboklarda 81 (1 qol) dəfə meydana çıxıb.

Mahir isə Premyer Liqada 100-cü oyununu keçirib. 22 yaşlı hücumçu bu qarşılaşmalarda 28 qol vurub. Bütün qollarını indiki klubunda rəqib qapısından keçirən Mədətov, ağdamlıların heyətində 84 çempionat qarşılaşmasında şans qazanıb. O, digər 16 matçı yetirməsi olub debüt etdiyi “Bakı”da keçirib.

“Qarabağ” “Keşlə”ni üç cavabsız qolla məğlubiyyətə uğradıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button