Gerye: “Azarkeşlərdən məni başa düşmələrini istəyirəm”

“Qarabağ”la yollarını ayıran Donald Gerye Ağdam klubu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, haitili cinah oyunçusu “köhlən atlar”dan gedişi ilə bağlı fikirlərini şəxsi “instagram” hesabında paylaşıb. Gerye, “Qarabağ”dakı xoş təəssüratlarından yazıb:

“Bu kluba və şəhərə minnətdaram. Sevgi və xoş münasibət üçün yalnız hamıya təşəkkür edirəm. Ancaq inanıram ki, həyatımda yeni mərhələ açmağın vaxtı gəldi və bu səbəbdən klubdan mənimlə yollarını ayırmasını xahiş etdim. Hər kəsdən, xüsusilə də, azarkeşlərdən məni başa düşmələrini istəyirəm.

“Qarabağ”da keçirdiyim bütün illər gözəl və misilsiz idi. Burada futboldan bənzərsiz bir şəkildə zövq aldığımı heç vaxt unutmayacam. Bu həyəcanlı illər ərzində qarşımda böyük futbolçular var idi. Hamısına minnətdaram. Azərkeşlərimizə və AFFA-ya sonsuz təşəkkür edirəm.

Bilirəm ki, yeni dövrün vaxtı gəlib. Gedirəm, amma bu forma mənə həmişə “Qarabağ”la birlikdə olduğumu hiss etdirəcək. Kluba, prezidentə, baş məşqçiyə, komanda yoldaşlarıma və yorulmadan çalışan bütün işçilərə təşəkkür edirəm. Çox sağ olun”.

“Qarabağ” dünən Gerye ilə müqaviləyə xitam verib. 32 yaşlı futbolçu Kiprin “Apollon” klubuna transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button