“Qarabağ”la şanslarımız bərabərdir”
Cəbəllüttariq çempionu “Linkoln”un futbolçusu Liam Uoker “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Sabahkı oyunda yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Meydanda sonadək mübarizə aparacağıq. Matça yaxşı hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksəkdir. Nə bacarırıqsa, onu da edəcəyik. Məncə, şanslar bərabərdir. Hər iki komanda qələbə qazanmağa çalışacağıq”.
İyulun 11-də “Viktoriya” stadionunda keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin