“Qarabağ”la qarşılaşmaq istəmirdim” – “Olimpiakos”un futbolçusu

“Qarabağ”ın Çempionlar Liqasının pley-offunda “Viktoriya” (Plzen) ilə oyununu izləmişdim. Bu rəqiblə qarşılaşmaq istəmirdim”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan “Olimpiakos”unun qapıçısı Tomaş Vatslik “feysbuk” hesabında yazıb.

33 yaşlı qapıçı ilk vaxtlar Avropa Liqasında oynamağı arzulamadıqlarını bildirib:

“Ancaq oynadığımız matçlardan sonra buna sevinməliyik. “Olimpiakos”un iddiaları hər zaman yüksəkdir”.

“Qarabağ” “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti matçını isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button