“Qarabağ”la oyunun asan olmayacağını bilirik”
İsveçrənin “Bazel” komandasının müdafiəçisi Eray Cömert Konfrans Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bakı çox gözəl şəhərdir. Bakı Olimpiya Stadionu da yaxşı arenadır. Sabahkı matçı səbrsizliklə gözləyirik. Oyuna yaxşı hazırlaşmışıq. Asan olmayacağını bilirik. Rəqibi yetərincə analiz etmişik. Onların fiziki durumu yüksək səviyyədədir”.
Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” matçına saat 20:45-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin