“Qarabağ”la oyunu buraxa bilər – “Sürix”in aparıcı futbolçusu
“Sürix”in təcrübəli futbolçusu Blerim Cemaili İsveçrədə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçını buraxa bilər.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Sürix”in baş məşqçisi Franko Foda verib. O, Cemailinin “Lutsern”lə İsveçrə çempionatının 2-ci tur oyunundan (0:0) sonra əzələsində problem yarandığını deyib.
Baş məşqçi 36 yaşlı futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib.
İyulun 27-də “Letsiqrund” stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq. “Qarabağ” ilk matçda 3:2 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin