“Qarabağ”la oyunlarda uğur əldə edə bilərik”
Çexiyanın “Viktoriya” (Plzen) komandasının futbolçusu Forçun Akpan Bessi UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, Macarıstanıın “Ferentsvaroş” komandasından icarəyə götürülmüş 24 yaşlı nigeriyalı hücumçu məhz bu klubla ÇL-in 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzduqları görüşü xatırlayıb:
“Çətin matç idi, indi də belə olacaq. “Qarabağ” irəlidə fəal oynayır və bütün diqqətini rəqibin səhvlərinə cəmləyir. Yaxşı müdafiə olunsaq, uğur əldə edə bilərik. İnanıram ki, yaxşı mübarizə aparacağıq və bu komandanın öhdəsindən gələcəyik. Bu rəqibə qalib gələ bilərik”.
Xatırladaq ki, “Qarabağ” Çexiya təmsilçisinə qarşı ilk matçını avqustun 17-də Bakıda, cavab oyununu isə avqustun 23-də Plzendə keçirəcək. Ağdam təmsilçisi doğma meydanda qalib gələ bilmədiyi (1:1) “Ferentsvaroş”u 3:1 hesabıyla məğlub edərək pley-offa yüksəlmişdi.
Bizi Facebook-da izləyin